RU
Fırtınanı çəkməyə getmişdilər
11:42
390

Fırtınanı çəkməyə getmişdilər

Həvəskar kamera ilə fırtınanı lentə almağa çalışırdılar. Amma  az qala öz ölümlərini görüntüləyəcəkdilər.

İzləyənləri dəhşətə gətirən kadrlar Avstraliyanın Sidney şəhərində lentə alınıb. İki gənc nə qədər şanslı olduqlarını, lentə aldıqları bu görüntü ilə dünyaya nümayiş etdirib.

Qayıqla dənizdə üzməyə qərar verən Nik və Denyl  adlı dostlar  havanın əlverişsiz olduğunu görəndə fikirlərindən daşınıblar.  Qayığa minmək əvəzinə  dənizi lentə almağa qərar verən gənclər bir neçə saniyə ərzində həyatlarının ən çətin anlarını yaşayıblar.  Bir neçə metr aralıya düşən şimşək onları bu cür qorxudub.

50 min evi işıqsız qoyan qasırğadan bu cür sağ çıxan gənclər medianın diqqət mərkəzinə düşüb. Təsadüf  nəticəsində sağ qaldıqlarını gizlətməyən gənclər sakinləri bu cür havalarda mümkün qədər qapalı məkanlarda qalmağa səsləyiblər.

Qeyd edək ki,  güclü küləklərlə müşahidə olunan qasırğa Sidney şəhərində ciddi dağıntılara səbəb olub və infrastruktura ziyan vurub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ