RU
Flora Kərimova xalq artistlərini barışığa çağırdı
14:29
1219

Flora Kərimova xalq artistlərini barışığa çağırdı

Xalq artisti Flora Kərimova həmkarları Nisə Qadımova ilə Brilliant Dadaşova arasında baş verən qalmaqala münasibət bildirib.

Müğənni “ATV Maqazin” verilişinə açıqlmasında tərəfləri barışığa səsləyib:

“İkisi də gözəl müğənni, sənətkardır. Bəzən elə olur ki, xətrə dəyilir. Elə söz deyilir ki, ürək düzəlmir. Qəlb inciyəndə barışmaq olmur. İkisinin də sənətini, özünü sevirəm. Çətindir yaxşı ilə pisi ayırd etmək. Bir-birinin xətrinə ciddi dəyməyiblərsə, barışsınlar. Sənətkar sənətkar qarşısında baş əyməz, əlini sıxar. Dünyasını dəyişənlərin sənətinin qarşısında baş əymək olar”.

Qeyd edək ki, N.Qasımova B.Dadaşovadan onun mahnısını icazəsiz oxuduğu üçün inciyib. /axsam

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ