7NEWS.az xəbər verir ki, Floridada 11 yaşlı Karlo 'Kinqston' Dorelli iki məktəb üçün "ölüm siyahısı" hazırladığı və silah kolleksiyası ilə öyündüyü iddiası ilə həbs edilib. Dorellinin evindən oyuncaq silah, bıçaq və qılınc kolleksiyası tapılıb. Oğlan "hər şey zarafat idi” desə də, onu həbs ediblər. Bu hadisə məktəb təhlükəsizliyi, yetkinlik yaşına çatmayanların cinayətləri və sosial mediadan istifadə ilə bağlı ictimai müzakirələrə səbəb olub.








