RU
Floridada “Falcon 9” raketi partladı – VİDEO
22:30
824

Floridada “Falcon 9” raketi partladı – VİDEO

ABŞ-ın Florida ştatında "SpaceX” şirkətinin platformasında partlayış baş verib.

7news.Az-ın Associated Press nəşrinə istinadən məlumatına görə, hadisə şahidləri bildiriblər ki, ilk partlayışdan sonra daha bir neçə güclü partlayış səsləri eşidilib. 

Qeyd olunur ki, partlayışlar kosmodrom ətrafındakı yaşayış məntəqələrində yaşayan insanlara heç bir mənfi təsir göstərməyəcək.

NASA-nın məlumatına görə, partlayış Kanaveral burnundakı kosmodromda "Falkon 9” pilotsuz raketinin sınaq uçuşu zamanı baş verib. Əsas uçuş elə bu platformadan sentyabrın 3-nə planlaşdırılıb. 

TechCrunch saytı bildirir ki, "Falcon 9” raketi sentyabrın 3-də "Facebook” sosial şəbəkəsinin ilk peykini və İsrail rabitə peykini kosmosa çıxarmalıdır.

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ