Xəbər verdiyimiz kimi 17 iyun tarixində Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran-pri yarışlarına start verildi.
Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – “Mercedes”in heyətində Niko Rosberq, Luis Hamilton, “Ferrari”nin heyətində Kimi Raykkonenlə Sebastyan Fettel, “Uilliams”ın heyətində Felipe Massa ilə Valtteri Bottas, “Red Bull”un heyətində Daniel Rikkardo ilə Maks Ferstappen, “Force India”nın heyətində Serxio Pereslə Niko Hyulkenberq, “Renault”da Kevin Maqnussenlə Colion Palmer, “Toro Rosso” Daniil Kvyatla Karlos Sayns-ml., “Sauber”də Markus Erikssonla Felipe Nasr, “McLaren”də Fernando Alonso Censon Batton, MRT-da Rio Xaryanto Paskal Verlyayn və “Haas”da Romen Qrojanla Esteban Qutyerres yarışdılar. Məlumat üçün qeyd edək ki, bu idman növü dünyada auditoriyasına görə yalnız Yay Olimpiya və Futbol çempionatından geri qalır. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi olduqca strateji əhəmiyyətə malikdir.
Lakin hər dəfə olduğu kimi bu beynəlxalq yarış öncəsi də ermənipərəst qüvvələr iş başına keçərək ölkəmizdəki əlaltıları vasitəsi ilə qarayaxma kampaniyasına start verdilər. Birinci Avropa Oyunlarıöncəsi də bu tip kampaniyalara start verilmişdi. Lakin ölkənin vətəndaşı cəmiyyəti onları yerində oturtmağı bacardılar. Bu yarışda da onların başladığı kampaniya fiaskoya uğradı. Belə ki, yalanlarını daha çox foto və video görüntülərlə əsaslandırmağa çalışan bir sıra satılmış, əldəqaylrma “bloqqerlar” bu dəfə də sərt təpki ilə üzləşdilər.




“Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Əldəqayırma” Milli Şura, Sancaq production və bəzi “iskustvenni bloqqerlər” yarış başlamamışdan öncə oturacaqların foto və videoların çəkərək “heç kim bilet almıyıb, Formula yarışlarında biabırçılıq” və s. formatlarda paylaşımlar etməyə başladılar. Bu qruplar və şəxslər qrant aldıqları ermənipərəst təşkilatlardan həm də cəmiyyətə nüfuz etmək psixologiyasından xüsusi təlimlər keçiblər. Ən əsası onlar hansı fotonu harda və necə paylaşmağı gözəl bilirlər. Lakin xöşbəxtlikdən onlar bu dəfə də öz erməni ağalarının tapşırıqlarını “zay” elədilər. Belə ki, çoxlu sayda sıravi vətəndaşlarımız oturacaqları, ayaqüstü yerləri çəkərək kütləvi paylaşımlar etmələri hər kəsdə qarayaxma kampaniyalarına qarşı sərt təpki yaratdı.
Bir fotoda isə bir yaşlı insanın nəvəsi ilə fotosu paylaşılaraq emosional şərhlər yazdılar.
Sonradan məlum oldu ki, bu foto illər əvvəl çəkilib və Formula 1-ə heç bir aidiyyatı yoxdur. Özünü bloqqer kimi təqdim etməyə çalışan Mehman Hüseynov görünür qarayaxma kampaniyasında ən çox sədəqə alanlardandı. İlboyu yatan, passivlik edən birisinin yarışa bir ay qalmış “qızışması” sifarişin ilk akkordlarıdır desək, yanılmarıq. Əli Kərimli diktaturasının yetirmələri isə ünvanlarına yazılar hər bir tənqidi dərhal silərək kütləvi şəkildə bloklama əməliyyatları həyata keçirilər. Bu monarxik dözümsüzlük bir daha onların kimə və nəyə xidmət etdiklərini ortaya qoymuş olur.
Dövlətini, millətini, milli-mənəvi dəyərlərini satan hərbir ölkədə var və olacaqdır. Onlar üçün dövlətin gələcək taleyi maraqsızdır. Bu mənada onların erməni dığalarına xidməti hər zaman cəmiyyətdə də təpki ilə qarşılanacaq.
“Formula 1” Azərbaycana turist axınını artırıb
Turistlər ən çox milli mətbəximizə, qədim abidələrimizə maraq göstərirlər. Müşahidələrimizdən bu nəticəyə gəldik ki, ərəb ölkələrindən, MDB ölkələrindən gələn turistlərin sayı daha çoxdur. Rusiya-Turkiyə arasında əsən soyuq küləklər Rusiyadan Azərbaycana turist axınını gücləndirib.

Bilet satışı ilə bağlı isə bəzi statistik məlumatları diqqətinizə çatdırırıq. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bilet satışı ilə bağlı açıqlamasında deyilir: “Bilet satışında yüksək fəallıq müşahidə olunur. Beş tribunaya bilet satışı artıq başa çatıb. “Abşeron”, “Xəzər”, “Bulvar” və digər tribunalara biletlər artıq yekunlaşıb. Bir neçə gündür həftəsonuna bilet satışlarında artım müşahidə olunur. Bilet satışı məntəqələrində azarkeşlərin fəallığı daha yaxşı hiss edilir. Bütün bu göstəricilər bizi sevindirir.

Ümid edirəm ki, yarış zamanı tribunalar dolu olacaq. Bilet alışında yerli azarkeşlər daha çox üstünlük təşkil edir. Bu göstərici yerli azarkeşlər üzrə 70 faiz, əcnəbilər üçün isə 30 faiz təşkil edir. “Formula-1” Avropa Qran-pri yarışlarına dünyanın 42 ölkəsindən bilet alınıb. Təbii ki, bu, yaxşı göstəricidir. Azərbaycandan başqa, Rusiya, İngiltərə, Hollandiya və digər ölkələrdən olan azarkeşlər bilet alıblar. Rusiya qonşu ölkə olsa da, idmanın bu növü İngiltərədə daha çox sevilir.”
Bundan başqa dünya məşhurlarının iştirakı ilə reallaşan şou proqramlar isə sözün bütün mənalarında tamaşaçıları valeh etdiş
“Formula-1” Avropa Qran-prisi isə gözlənildiyindən də yüksək səviyyədə keçdi. Növbəti illərə qədər…
7News.az








