RU
“Formula-1” ilə əlaqədar ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirilib
14:00
1864

“Formula-1” ilə əlaqədar ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirilib

Bu il Azərbaycanda keçiriləcək “Formula-1” yarışları ilə əlaqədar olaraq ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub.

Təhsil Nazirliyindən bildirilib ki, elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-20-də imtahan təyin olunmamasını xahiş edib.  Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu  qaydada davam etdiriləcək. Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq./apa

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ