RU
“Formula-1” rəhbəri istefaya göndərilib
00:24
670

“Formula-1” rəhbəri istefaya göndərilib

"Formula-1” avtomobil yarışlarının icraçı direktoru Berni Ekklstoun istefaya göndərilib. 

Bu barədə jurnalistlərə B.Ekklstoun özü bildirib.

"Bu gündən "Formula-1”ə rəhbərlik etmirəm. Məni Çeyz Keri əvəzləyib. Məni istefaya göndərdilər, sadəcə gedirəm. Bu rəsmidir. Düzdür, mənə fəxri prezident postu təklif edilib, lakin mən bunu başa düşə bilmirəm”, - deyə B.Ekklstoun qeyd edib.

Qeyd edək ki, ötən il "Formula-1” ABŞ-ın "Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Buna baxmayaraq, B.Ekklstounun azı üç il ərzində postunu saxlayacağı gözlənilirdi. /apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ