Mərasimin sonunda meydana Azərbaycanın üçrəngli nəhəng bayrağı gətirilib.
Bakıda “Formula-1” üzrə Avropa Qran Prisin rəsmi açılış mərasimi keçirilib.
7news.Az xəbər verir ki, mərasim 5 rəmz və model vasitəsilə davamlı əlaqə qurmaq üçün müəyyən sujet xətti üzərində birləşən 5 fəaliyyətdən ibarət olub.
20 dəqiqəlik nəhəng paradda millətin yeni ruhu ilə birlikdə onun zəngin irsi nümayiş olunub. Paradın tam mərkəzində bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət yer alıb.
Paradın ardınca Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 40 nəfərdən ibarət gənc kollektivi tərəfindən Dövlət himni ifa olunub.
Açılış mərasiminin sonunda Azərbaycanın üçrəngli nəhəng bayrağı meydana gətirilib.
7news.Az








