“Formula 1” Avropa Qran Prisi yarışması ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının yerlərə təyin olunmuş briqadaları növbəli şəkildə işləyir.
Bu barədə stansiyanın baş həkimi Rauf Nağıyev deyib. O qeyd edib ki, ümumilikdə 42 tibbi briqada tapşırıq üzrə fəaliyyət göstərir.
“12 briqada trasda idmançılara xidmət göstərir. Tamaşaçılar üçün 15 briqada nəzərdə tutulub ki, onlardan 6-sı tibbi maşınlarda, 9-u nəzərdə tutulan tibbi məntəqələrdədir”.
R.Nağıyev vurğulayıb ki, qapalı iki zonanın hər birində 3 briqada xidmət aparacaq. Bunlar da əhali üçündür
“Metropolitenin müraciətinə görə, iki birqada "Sahil", "İçərişəhər" metrostansiyaları ətrafında növbətçilik çəkir. Bundan əlavə bir birqada da Olimpiya kəndində dayanıb”./azvision.az
7News.Az








