RU
Frank de Bur qovuldu
17:11
618

Frank de Bur qovuldu

İtaliyanın "İnter” klubu baş məşqçisi Frank de Burla yolları ayırıb.

7News.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  komandanın ardıcıl uğursuz çıxışlarına görə hollandiyalı mütəxəssisin müqaviləsinə xitam verilib.


"İnter” de Burun rəhbərliyi altına meydana çıxdığı 12 oyundan 7-də məğlub olub. Komanda hazırda 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Frank de Bur bu ilin avqust ayından Milan klubunu çalışdırırdı. Onu "Latsio”nun sabiq çalışdırıcısı Stefano Pioli və ya ötən mövsümün sonunda PSJ-dən ayrılmış Loran Blanın əvəzləyəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ