Avropa tənzimləyiciləri təsdiq edərsə, ümid edilir ki, Almaniyanın "Volocopter” şirkəti tərəfindən istehsal olunacaq və idarə olunacaq hava taksilərinin ilk müştərisi Fransa prezidenti Emmanuel Makron olacaq.
7NEWS.az xəbər verir ki, 2024-cü ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Fransanın paytaxtı Parisdə elektrikli uçan taksilərin beş fərqli marşruta xidmət göstərməsinin planlaşdırıldığı açıqlanıb.
Aviasiya tarixində "inqilab" və ya "yeni səhifə" kimi görünən bu yeni ekoloji təmiz şəhər nəqliyyat marşrutu Olimpiya Oyunlarının başlaması ilə reallığa çevriləcək.
7NEWS.az








