Fransanın müdafiə naziri Sebastien Lecornu bəyan edib ki, ölkəsi 5200-ə yaxın ukraynalı əsgərə təlim keçib.
7NEWS.az xəbər verir ki, Lecornu "Twitter" hesabından verdiyi açıqlamada Fransanın Ukraynaya dəstəyinin azalmadığını və ölkəsinin 1600-ü Polşada olmaqla təxminən 5200 Ukrayna əsgərinə təlim keçdiyini bildirib. İlin sonuna qədər bu rəqəmin təxminən 7 minə yüksələcəyini qeyd edən Lecornu, Ukrayna silahlı qüvvələrinin ehtiyaclarına uyğun olaraq təlim verildiyini vurğuladı.
7NEWS.az








