RU
Fransa baş naziri istefa verdi
01:00
492

Fransa baş naziri istefa verdi

Fransa baş naziri Manuel Vals prezident postu uğrunda mübarizə aparmaq üçün dekabrın 6-da vəzifəsindən gedəcək.

Bu barədə o, Evri şəhərində konfransda çıxışı zamanı bildirib.

"Mən özümdə ölkəmə xidmət etmək gücünü hələ də hiss edirəm. Fransa üçün əlimdən gələn hər şeyi maksimum şəkildə etmək istəyirəm. Nazir və baş nazir vəzifələrində öz işimi layiqincə görmüşəm”, - M. Vals vurğulayıb.

Valsla birlikdə kabineti də istefaya gedəcək.

"BFMTV”nin məlumatına görə, Vals bu barədə qərara Fransanın hazırki prezidenti Fransua Olland seçkilərdə iştirak etməyəcəyini bəyan etdikdən sonra gəlib.

Ölkədə prezident seçkiləri 2017-ci ilin aprel-may aylarında keçiriləcək./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ