Fransa və Rusiya XİN rəhbərlərinin görüşü baş tutub.
Paris Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni danışıqlara ev sahibliyi etməyə hazırdır.
7news.Az RİA Novsoti-yə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Mark Eyro rusiyalı həmkarı Sergey Lavrovla Parisdə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
“Biz Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Sergey Lavrov məni Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Azərbaycandan və Ermənistandan olan həmkarları ilə apardığı danışıqların yekunu barədə məlumatlandırdı. Mən bir daha xatırlatdım ki, Parisdə yeni müzakirələrə ev sahibliyi etməyə hazırıq”, - Eyro deyib.
7news.Az








