Fransa daxili işlər naziri Gerald Darmanin İsrailə hücumdan sonra Fransada "yüzdən çox antisemitizm aktı"nın qeydə alındığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Fransa Milli Terrorla Mübarizə Prokurorluğu (Pnat) İsraildə HƏMAS-ın ən azı 13 Fransa vətəndaşının həyatını itirdiyi hücumundan sonra terror cəhdi ilə əlaqədar qətl də daxil olmaqla, ilkin istintaqa başladığını açıqlayıb. Pnat həmçinin qeyd edib ki, mütəşəkkil dəstənin tərkibində və terror cəhdi ilə əlaqədar olaraq insanların, o cümlədən uşaqların qaçırılması ilə bağlı istintaq açılıb.
7NEWS.az








