RU
Fransa internetdə yaş məhdudiyyəti qanunu təsdiqlədi
15:40
70

Fransa internetdə yaş məhdudiyyəti qanunu təsdiqlədi


Fransada Senat 15 yaşından kiçik istifadəçilərin sosial media platformalarında qeydiyyatdan keçməsi və istifadə etməsi üçün valideynlərin razılığını tələb edən qanun layihəsini qəbul edib.

7NEWS.az xəbər verir ki, Fransız senatorlar sosial mediada nifrətlə mübarizəni nəzərdə tutan qanun layihəsini ikinci dəfə müzakirə ediblər. 15 yaşından kiçik uşaqların sosial media platformalarında qeydiyyatdan keçmək üçün valideynlərindən icazə almasını tələb edən qanun layihəsi Senatda yekdilliklə qəbul edilib.

Müvafiq olaraq, platformalar istifadəçilərin yaşını və yetkinlik yaşına çatmayanların valideynlərindən icazə alıb-almadığını yoxlamaq üçün sistemdən istifadə etməlidirlər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ