RU
Fransa kəşfiyyatı terrordan
11:55
1703

Fransa kəşfiyyatı terrordan

Fransa kəşfiyyatı Nitsada terror aktının törədiləcəyindən əvvəlcədən xəbərdar olub.

7News.Az xəbər verir ki, bu barədə “Nice Matin” nəşri yazıb.

Bildirilib ki, kəşfiyyat xidmətlərinə terrorun törədiləcəyi haqda məlumat daxil olub: “Otuz bir yaşlı Tunis əsilli Fransa vətəndaşı barədə hüquq-mühafizə orqanlarında məlumat olmayıb. Çünki, onun heç bir cinayətdə adı keçməyib”. 

Fransa Prezidenti Fransua Olland Nitsadakı terror aktından sonra Təhlükəsizlik Şurasının iclasını keçirir. Görüş yerli vaxtla səhər saat 09:00-da başlayıb. İclasın yekunu üzrə F.Ollandın Nitsaya yollanacağı gözlənilir.

Qeyd edək ki, iyunun 14-də axşam saatlarında Fransanın Nitsa şəhərində sürücü yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzintiyə çıxan insanların üzərinə sürüb. Şahidlərin ifadəsinə görə, yük maşını dayanmadan ziqzaqvari hərəkət edərək təxminən 2 kilometr məsafədə insanları əzib. Bundan sonra terrorçu polis əməkdaşları ilə atışmağa başlayıb və öldürülüb.

Son məlumata əsasən, insident nəticəsində həlak olanların sayı 84-ə çatıb, 18 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ