Fransa Konstitusiya Şurası Emmanuel Makronu ölkə prezidenti elan edib.
7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərarı şuranın rəhbəri Loran Fabius elan edib.
Fabius əlavə edib ki, Makronun yeni səlahiyyət müddəti mayın 14-də başlayır.
Aprelin 24-də prezident seçkilərinin ikinci turunun nəticələrinə görə, Makron 18,7 milyon, rəqibi Marin Le Pen isə 13,2 milyon səs toplayıb.
7NEWS.Az







