RU
Fransa Olimpiya Oyunları üçün evsiz insanları Parisdən qovdu
15:50
72

Fransa Olimpiya Oyunları üçün evsiz insanları Parisdən qovdu


7NEWS.az xəbər verir ki, Olimpiya Oyunları Parisdə idman yarışlarına ev sahibliyi etməkdə davam edir. Lakin prosesə kölgə salan iddia sosial mediada reaksiya doğurub. Parisdə yaşayan evsizlərin Olimpiada başlamazdan əvvəl paytaxtdan qovulduqları iddia edilirdi. Timmi Assosiasiyasının prezidenti Esperance M. bunun "yoxsulluq yoxdur” anlayışını yaratmaq üçün edildiyini bildirib.

İddia edilib ki, 33-cü Yay Olimpiya Oyunlarına hazırlıq zamanı evsizlər və qeyri-qanuni mühacirlər, o cümlədən uşaqlar paytaxt Paris və ətraflarında yaşadıqları yerlərdən çıxarılıb. Küçələrdə yaşayan evsizlər Strasburq və Orlean kimi müxtəlif şəhərlərə köçüblər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ