RU
Fransa: Paris qətliamını törədən terrorçu gizlicə basdırılıb
23:45
224

Fransa: Paris qətliamını törədən terrorçu gizlicə basdırılıb

Noyabrın 13-ü Fransanın paytaxtı Parisdə 130 nəfərin ölümü ilə nəticələnən qətliamı törədən terrorçu adsız bir məzarlıqda basdırılıb.

Sami Amimur adlı terrorçunun cənazəsi dekabrın 24-də Paris yaxınlığındakı bir məzarlıqda gizlicə dəfn edilib.

90 nəfərin öldüyü Batalakan konsert salonundakı inthar hücumunu təşkil edən 3 nəfərdən biri olan 28 yaşlı Amimurun dəfn mərasiminə az sayda şəxsin qatıldığı bildirilib.

Məzarın həm ziyarətgaha çevrilməməsi, həm də hücuma məruz qalmaması üçün ailəsi sirr olaraq qalmasını istəyib./musavat

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ