7NEWS.az xəbər verir ki, Sentyabrın 6-da axşam saatlarında Fransanın Elankurt şəhərində polis maşını ilə motosikletin toqquşması nəticəsində ağır yaralanan və dünən müalicə üçün Türkiyəyə gətirilən 16 yaşlı Sefa Şahin həyatını itirib. Beyin ölümü elan edilən gəncin ailəsi onun müalicəsinin Türkiyədə davam etdirilməsini istəyib. Nuri Şahin əmi qardaşı oğlunun sağlamlıq şərtlərinə uyğun gəlməyən bir xəstəxanada müalicə olunduğunu və səlahiyyətlilərin 'beyin ölümü' xəbərindən sonra onun 'fişini kəsməkdə' israr etdiyini və Sefa Şahinin köçürülməsi üçün müraciət etdiyini bildirib.
7NEWS.az








