Ölkəsinin Qabon ilə hərbi əməkdaşlığı dayandırdığını bildirən Fransa müdafiə naziri Lecornu, Nigerin devrilmiş lideri Bazum ilə də təmasda olduqlarını bildirib.
7NEWS.az xəbər verir ki, Fransanın müdafiə naziri Sebastien Lecornu ölkəsinin Qabonla hərbi əməkdaşlığı dayandırdığını bəyan edib. "Le Figaro” qəzetinə danışan Lecornu Qabon və Nigerdəki vəziyyəti dəyərləndirib. Niger və Qabonda vəziyyətin fərqli olduğunu şərh edən Lecornu, "qanuni əsgərlərin" Nigerdə qanuni prezidenti vəzifəsindən azad etdiyini bildirib.
7NEWS.az








