Fransa sahillərində sərnişin gəmisində yanğın baş verib.
7News.Az trend-ə istinadən xəbər verir ki, yanğın səhər saatlarında Böyük Britaniyanın Plimut şəhərindən İspaniyanın Santander şəhərinə hərəkət edən gəminin kabinəsində başlayıb.
Hadisə zamanı gəmidə 908 nəfər, o cümlədən 142 heyət üzvü olub.
Gəmidə yanğının qarşısı qısa zamanda alınıb. Təxliyə üçün helikopter və xilasetmə qayıqları hazır vəziyyətə gətirilsə də, təxliyəyə ehtiyac qalmayıb.
7News.Az








