Fransanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Yeni il bayramı münasibətilə təbrik edib.
Diplomatik nümayəndəlik bayram münasibətilə Tviterdə videoçarx paylaşıb.
"Əziz dostlar, sizə dinc və xoşbəxt 2022-ci il arzu edirəm. Fransa regionda sülh və rifahın qurulmasında sizin yanınızda olacaq”, - videoçarxda bildirilib.








