RU
Fransa səfirliyinə qumbara atılıb, yaralanan var
10:59
430

Fransa səfirliyinə qumbara atılıb, yaralanan var

Naməlum şəxslər Fransanın Yunanıstandakı səfirliyinə qumbara atıb.

 

7News.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, motoskletlə hərkət edən iki nəfər səfirliyin yaxınlığından keçərkən əllərindəki qumbaranı səfirlik tərəfə atıblar. 

Qumbara səfirliyin girişində partlayıb. Partlayış nəticəsində səfirliyi mühafizə edən polis yaralanıb. Hadisəni tördənləri hələ ki tutmaq mümkün olmayıb. Hazırda polis faktla bağlı araşdırma aparır. 

Qeyd edək ki, səfirlik Afinann mərkəzində Prezident Qvardiyasının yaxınlığında yerləşir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ