RU
Fransa Ukraynaya daha çox hərbi texnika göndərəcək
10:30
443

Fransa Ukraynaya daha çox hərbi texnika göndərəcək

Fransa Rusiyaya qarşı iqtisadi, o cümlədən ölkənin maliyyə institutlarının beynəlxalq banklararası SWIFT sisteminə çıxışı ilə bağlı sanksiyaları gücləndirmək niyyətindədir.

Bu barədə "Agence France-Presse” (AFP) Yelisey sarayına istinadən xəbər verir.

Fransa prezidenti Emmanuel Makron Təhlükəsizlik və Milli Müdafiə Şurasının iclasında Avropa və ABŞ ölkələri ilə koordinasiyada iqtisadi və maliyyə sanksiyalarını sərtləşdirməyə qərar verib. O, həmçinin Rusiya rəsmilərinin maliyyə aktivlərinin dondurulması üçün tədbirlər görmək niyyətindədir.

Fransa bu ölkədə davam edən hərbi əməliyyatlar fonunda Ukraynaya daha çox hərbi texnika tədarük etmək niyyətindədir:

"Ukrayna hakimiyyət orqanlarına əlavə hərbi texnikanın çatdırılmasını təşkil etmək, həmçinin yanacaq dəstəyini təmin etmək qərara alınıb”./report

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ