RU
Fransa və Ukrayna arasında 3 milyard avroluq müqavilə imzalanıb
12:40
48

Fransa və Ukrayna arasında 3 milyard avroluq müqavilə imzalanıb


7NEWS.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Almaniya səfərindən sonra Fransanın paytaxtı Parisə gəlib. Paytaxtdakı Yelisey sarayında görüşən Fransa prezidenti Emmanuel Makron və Zelenski yeni təhlükəsizlik sazişi imzalayıblar. Müqaviləyə Kiyevə 3 milyard avro dəyərində hərbi yardım göndərilməsi öhdəliyi də daxildir. Fransa Sədrliyindən verilən açıqlamada, müqavilənin 10 il davam edəcəyi və maliyyə öhdəlikləri də daxil olmaqla, Fransa tərəfinin qəti öhdəliklərinin yer alacağı bildirilib. Bəyanatda təfərrüatlara yer verilmədən artilleriya sahəsində də əməkdaşlığın gücləndiriləcəyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ