Fransanın Sakit okean ölkələrindən öz ərazisindən 17 min kilometr uzaqlıqdakı Hind-Sakit Okeandakı müstəmləkəsi olan Yeni Kaledoniyada son aylarda baş verən hadisələri araşdırmaq üçün missiya göndərilməsini qəbul etdiyi bildirilib.
7NEWS.az xəbər verir ki, Fransanın Sakit Okeandakı səfiri Veronique Roger-Lacan Yeni Zelandiya Radiosuna Yeni Kaledoniya ilə bağlı son hadisələri qiymətləndirdi. Roger-Lacan "Yeni Kaledoniyada üçlük missiyası”nı alqışladığını bildirərək, bu məqsədlə Sakit Okean Adaları Forumunun (PIF) baş katibi Baron Vaqa və Kuk Adalarının Baş naziri Mark Brauna məktub göndərdiyini qeyd edib.
7NEWS.az








