Fransanın Qrenobl şəhərində təcili yardımda 3 gün çarpayı gözləyən 91 yaşlı xəstə dünyasını dəyişib.
7NEWS.az xəbər verir ki, France Bleu mediasına danışan xəstəxananın Təcili Yardım şöbəsinin müdiri Mark Blançer yataq böhranının uzun müddətdir davam etdiyini bildirib. Təcili yardım xidmətlərində uzun müddətdir davam edən böhran səbəbiylə psixiatriya, geriatriya kimi bəzi xidmətlərə artıq xəstələrin qəbul edilmədiyini bildirən Blancher, xəstəxana işçilərinin də ölümlər qarşısında yerə yıxıldığını söylədi.
Fransa mətbuatının yazdığına görə, dekabr ayından bəri eyni xəstəxanada çarpayı növbəsi gözləyərkən 3 nəfər dünyasını dəyişib.
7NEWS.az








