Ölənlərin hamısı portuqaliyalılar olub.
Fransanın Overn regionunda yük maşını ilə avtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb.
7News.Az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, avtobusda ölənlərin hamısı İsveçrədən qayıdan portuqaliyalılar olub.
Hadisənin avtobusun yük maşınının hərəkət zolağına keçməsi nəticəsində baş verdiyi bildirilir.
7News.Az








