RU
Fransada beş təyyarənin göyərtəsində ərəb dilində yazılar tapılıb
10:27
294

Fransada beş təyyarənin göyərtəsində ərəb dilində yazılar tapılıb

Bu hadisələr aeroportlarda təhlükəsizlik səviyyəsini göstərir.

Fransa aeroportlarında ən azı beş təyyarədə ərəb dilində sanksiyalaşdırılmamış yazılar tapılıb, bu barədə hüquq-mühafizə orqanlarına istinadən La Tribune məlumat yayıb.

Ərəb yazısı Britaniya aviaşirkətinin dörd təyyarəsində, eləcə də İspaniyanın Vueling aviadaşıyıcısına məxsus təyyarənin xarici örtüyündə aşkar edilib.

İki hadisə Parisdə Şarl-de-Qol aeroportunda, daha üç hadisə isə Lionda baş verib.

Hüquq-mühafizə orqanlarında yazıların təyyarələrin örtüyündə gəldikləri ölkədə, yəni Fransa ərazisinə gəlməzdən öncə yazıldığını ehtimal edirlər. Amma nəşrin fikrincə, bu hadisələr aeroportlarda təhlükəsizliyin səviyyəsini göstərir./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ