RU
Fransada Ciaran fırtınasında bir nəfər öldü
14:50
33

Fransada Ciaran fırtınasında bir nəfər öldü


7NEWS.az xəbər verir ki, Fransada təsirli olan Ciaran fırtınası səbəbiylə xəbərdarlıq səviyyəsi bəzi nöqtələrdə narıncıya, bəzi yerlərdə isə qırmızıya yüksəldi. Ölkə daxilində bir çox hava limanında əməliyyatlar dayandırılarkən, qatar xidmətləri də dayandırılıb.

Nəqliyyat naziri Klement Beaune yerli mətbuata verdiyi açıqlamada, Parisin şimal-şərqindəki Aisne bölgəsində bir yük maşını sürücüsünün ağacın aşması nəticəsində öldüyünü bildirib.  Finistere qubernatoru Alain Espinasse küləyin sürətinin saatda 207 kilometrə çatdığı bölgədə 2 nəfərin yüngül xəsarət aldığını və ikinci xəbərə qədər nəqliyyatın qadağan edildiyini açıqlayıb. Energetika naziri Agnes Pannier-Runacher sosial media hesabındakı paylaşımında qasırğanın 1,2 milyon evi işıqsız qoyduğunu bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ