İyunun 27-də Fransada Nael M. adlı 17 yaşlı yeniyetmənin Paris ətrafı Nanterredə yol nəzarəti zamanı polis gülləsi ilə öldürülməsindən sonra başlayan nümayişlər gecə boyu davam etdi. Etirazlarda həbs olunanların sayı 600-ü ötüb.
7NEWS.az xəbər verir ki, Fransada 17 yaşlı Nael M.-nin polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlarda polislə nümayişçilər arasında qarşıdurma yaşanıb. Rəsmi hakimiyyətin təmkin çağırışlarına və "asayiş bərpa olunacaq” bəyanatlarına baxmayaraq, Paris və digər şəhərlərdə zorakılıq və talanlar baş verib.
7NEWS.az








