Fransanın müxtəlif bölgələrindən traktorları ilə yola çıxan fermerlər traktorları ilə Parisə giriş-çıxış yollarını bağlayaraq hökumətin kənd təsərrüfatı siyasətlərinə etiraz ediblər.
7NEWS.az xəbər verir ki, Almaniya, Polşa, Belçika və Hollandiyadan sonra Fransada günlərdir fermer etirazları davam edərkən, hökumətin kənd təsərrüfatı sektorunda atdığı addımları qeyri-kafi hesab edən ölkənin müxtəlif bölgələrindən birləşən fermerlər, dünən axşamdan traktorları ilə Parisə getməyə başladılar.
7NEWS.az








