7NEWS.az xəbər verir ki, son aylarda Fransanın hər yerində rast gəlinən yataq böcəkləri bəzi şəhərlərdə saxtakarlığa səbəb olub. Strasburq şəhərində polis iki nəfərin qocaların evlərinə girərək yataq qurdlarını axtardığını və sonra onları təmizlədiyini aşkar edib. İki şəxs əksəriyyəti yaşı 90-dan yuxarı olan 48 nəfəri aldadaraq, təmizlik işləri apardıqlarını əsas gətirərək qocalardan minlərlə avro pul alıblar. 9 şikayətdən sonra hərəkətə keçən polis 2 nəfəri yaxalayıb.
7NEWS.az








