Fransa Baş naziri Manuel Vals ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılacağından əmindir.
7news.Az RİA Novosti-yə istinadən məlumatına görə, o bildirib ki, Fransada fövqəladə vəziyyət rejimini ləğv etmək çətin məsələdir.
Baş nazir bu məsələdə 2017-ci ildə baş tutacaq prezident seçkiləri zamanı aksiyalar olacağını da nəzərə alacaqlarını qeyd edib.
Xatırladaq ki, Fransada fövqəladə vəziyyət rejimi 2015-ci il noyabrın 13-də baş verən terror aktından sonra tətbiq edilib.
7news.Az








