RU
Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb
12:50
49

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Fransanın səhiyyə naziri Stefani Rist "MV Hondius" kruiz gəmisindən təxliyə edilən Fransa vətəndaşında hantavirusa yoluxma halının təsdiqləndiyini bildirib.

Bu barədə o "France Inter"in efirində bildirib.

Nazir qeyd edib ki, Fransaya qayıtdıqdan sonra qadında xəstəlik simptomları yaranıb, aparılan PCR-testləri isə müsbət nəticə verib.

Ristin sözlərinə görə, pasiyent yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.

Həmçinin bildirilib ki, "MV Hondius"dan Fransaya qayıdan daha dörd fransız sərnişin təcrid olunub. Səhiyyə Nazirliyi rəhbəri qeyd edib ki, onlar "növbəti göstərişə qədər" ixtisaslaşdırılmış palatalara yerləşdiriliblər.

Bu sərnişinlərdə hantavirus testləri mənfi nəticə verib. Bir neçə gündən sonra onlar təkrar testdən keçəcəklər.

Stefani Rist qeyd edib ki, bu, Fransada hantavirusa ilk təsdiqlənmiş yoluxma halıdır.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ