RU
Fransada hökumət böcəklər ilə mübarizəyə 5 milyon avro ayıracaq
14:17
35

Fransada hökumət böcəklər ilə mübarizəyə 5 milyon avro ayıracaq


Fransa hökuməti taxtaqurdları ilə mübarizə üçün 5 milyon avro dəyərində xüsusi fond yaradacaq. Müvafiq maddə Baş nazir Elizabet Bornenin dünən axşam parlamentdən keçərək təsdiq etdiyi 2024-cü il büdcə layihəsində yer alıb.

7NEWS.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi İntibah partiyasının təklif etdiyi və yekun layihəyə daxil edilən korreksiya taxtaqurdları ilə mübarizə üçün 5 milyon avroluq xüsusi fondun yaradılmasını nəzərdə tutur. Bu fond tam pestisid xidmətlərini ödəyə bilməyən aztəminatlı ailələrə dəstək kimi təqdim olunacaq.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ