RU
Fransada iki ton çətənə olan yük avtomobili saxlanılıb
01:00
299

Fransada iki ton çətənə olan yük avtomobili saxlanılıb

Fransa polisi İtaliyadan gələn və içərisində 1,9 ton çətənə gizlədilən yük avtomobilini saxlayıb. 

7news.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Figaro qəzeti məlumat yayıb. 

Nəşrin xəbərinə görə, yük avtomobili cümə günü saxlanılsa da, KİV-ə bu barədə bir qədər sonra məlum olub. 

"Sürücü milliyyətcə rumındır, saxlanılıb və hazırda Lill şəhərindədir”, - qəzetin anonim mənbədən aldığı məlumatda deyilir. 

Fransız hüquq mühafizəçiləri yük avtomobilini Böyük Britaniyadan olan həmkarlarının yardımı ilə saxlayıblar. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ