Fransa Baş Naziri ofisi bir sıra dövlət qurumlarının "görünməmiş miqyasda” kiberhücumlara məruz qaldığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, baş nazirlikdən verilən açıqlamada bəzi dövlət qurumlarının 10 martdan etibarən kiberhücumların hədəfinə çevrildiyi bildirilib. Sözügedən hücumların "oxşar texniki vasitələrdən istifadə edilməklə” həyata keçirildiyi və fövqəladə intensivlikdə olduğu vurğulanıb.
7NEWS.az








