RU
Fransada kilsəyə hücum
13:09
911

Fransada kilsəyə hücum

Fransanın şimal-qərbində yerləşən Sent-Etyen-dyu-Ruvr kontonun Ruvr şəhərində naməlum şəxslər kilsəyə hücum edib.

7News.Az Fransa KİV-nə istinadən xəbər verir ki, bıçaqla silahlanan iki naməlum şəxs kilsəyə daxil olaraq, orada ibadət edən insanları girov götürüb.

İlkin məlumata görə, 6 nəfərin girov götürüldüyü bildirilir.

Hazırda hadisə yerinə xeyli sayda polis cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ