Fransanın şimalındakı Arras şəhərində məktəbə bıçaqlı hücum olub. Polis hücumda bir müəllimin öldüyünü təsdiqləyib. Prezident Makronun Arrasa getdiyi bildirilib.
7NEWS.az xəbər verir ki, Fransanın şimalında məktəbə bıçaqlı hücum nəticəsində bir müəllimin öldüyü, çoxlu sayda yaralının olduğu açıqlanıb. BFM TV-dən Reuters-in məlumatına görə, bıçaqlı hücum ölkənin şimalındakı Arras şəhərində baş verib. Məktəbdəki hücumda bir müəllimin öldüyü polis tərəfindən təsdiqlənsə də, çoxlu sayda yaralının olduğu bildirilir.
7NEWS.az








