Fransanın paytaxtı Parisdən 350 km cənubda yerləşən Şamalye kommunasında Mərkəzi bankın mətbəəsi yanıb.
7NEWS.Az xəbər verir ki, bu barədə "le Parisien" yerli yanğınsöndürmə və xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Yanğın 10 saatdan çoxdur ki, davam edir.
Hadisə nəticəsində 24 nəfər yüngül xəsarət alıb.
Müəssisəyə bitişik evlərin sakinlərindən çölə çıxmamaları xahiş olunub. Bundan əlavə, Duklo Bulvarı yanğın səbəbindən bağlanıb.
Qeyd edək ki, bu mətbəədə Avropa İttifaqının əsginaslarının beşdə biri hazırlanır. 2017-ci ildə onun işçilərinin sayı 700 nəfərə yaxın olub.
7NEWS.Az







