Bildirilib ki, Fransada ibtidai və orta məktəb müəllimləri iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə bu gün tətilə başlayıblar.
7NEWS.az xəbər verir ki, ölkənin aparıcı təhsil birliklərinin çağırışı ilə paytaxt Parisdə və bir çox şəhərlərdə müəllimlər tətilə çıxıb. Həmkarlar ittifaqları 2023-cü ilin dekabr ayından maaşların və iş şəraitinin yaxşılaşdırılmasını tələb edərkən, Təhsil Naziri Amelie Oudea-Kasteranın dövlət məktəblərinə ünvanladığı tənqidi açıqlamalar müəllimlərin reaksiyasına səbəb oldu.
7NEWS.az








