7NEWS.az xəbər verir ki, Fransada ölkə boyu 145 qadın konsert və küçə tədbirləri zamanı iynələrlə hücuma məruz qaldıqlarını bildirərək polisə müraciət edib. Hücuma məruz qalan qadınlardan bəziləri başgicəllənmə, ürəkbulanma və huşunu itirmə şikayətləri ilə xəstəxanaya aparılıb. Polis hadisə ilə bağlı 14 nəfəri həbs edib. İynələrin tərkibi hələlik məlum deyil. Mütəxəssislər şprislərin tərkibində zərərli kimyəvi maddələr ola biləcəyi barədə xəbərdarlıq ediblər.








