“Atışma olub, hal-hazırda rayon mühasirəyə alınıb”.
Fransanın şimalında Rube şəhərində naməlum silahlı şəxslər bir neçə insanı girov götürüblər.
7news.az Reuters-ə istinadən xəbər verir ki, silahlılar ilə polis arasında atışma baş verib, yaralılar var.
RLT agentliyinin məlumatına əsasən, girovlar arasında arasında azyaşlı uşaqlar da var.
“Atışma olub, hal-hazırda rayon mühasirəyə alınıb, əməliyyat keçirilir. Girovlar arssında bank müdiri və onun ailəsi var”, - yerli polisin verdiyi məlumatda bildirilir.
7news.az








