RU
Fransada naməlum şəxslər həbsxanaya girərək məhbusları azad etməyə çalışıblar
10:10
82

Fransada naməlum şəxslər həbsxanaya girərək məhbusları azad etməyə çalışıblar

Fransanın şimal-mərkəzindəki Val-de-Marn departamentində bir qrup naməlum şəxs həbsxanaya soxularaq məhbusları azad etməyə cəhd edib.

Bu barədə "Figaro” qəzeti yazıb.

"Onlarla insan əvvəlcə binaya atəşfəşanlıq edib, həyəcan siqnalı verib", - qəzet yazıb.

Qeyd olunur ki, bir neçə dəqiqədən sonra onlarla qara paltarlı şəxs həbsxanaya soxularaq məhbusları azad etməyə çalışıb. Hadisə yerinə Milli Polisin elit bölməsi göndərilib və hücum edənləri geri oturdub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ