Fransanın qərbində Men və Laura bölgəsindəki Briolle şəhərinə ağcaqanadların girişi qadağan edilib.
7news.Az xəbər verir ki, belə bir qərarı şəhər bələdiyyəsinin sədri Andre Marçand qəbul edib. Marçand açıqlamasında 3 min nəfər əhalisi olan Briollenin iyun daşqınlarından sonra ağcaqanad hücumuna məruz qaldığını və insanların dəfələrlə bu şikayətlə onun yanına gəldiklərini deyib.
Əhalinin buna bir çarə tapması üçün təzyiqi ilə üzləşən Andre ayın əvvəlində "ağcaqanadların şəhərə girişini qadağan edən qanun” qəbul etmək məcburiyyətində qaldığını deyib:
"Bu qərarı ona görə verdim ki, insanlar başa düşsünlər, mənim əlimdən bu mövzuda başqa heç nə gəlmir. Qərardan sonra təsadüfən ağcaqanadların sayı azalıb, ancaq hansısa daşqın yenidən onların hücumuna səbəb ola bilər”.
7news.Az







