RU
Fransada sərnişin qatarı qəzaya uğrayıb, 13 nəfər xəsarət alıb
23:45
1218

Fransada sərnişin qatarı qəzaya uğrayıb, 13 nəfər xəsarət alıb

Fransada sərnişin qatarı qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 13 nəfər xəsarət alıb, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Ümumilikdə 50 nəfərə tibbi yardımın göstərildiyi bildirilir. Monpelye-Nim marşrutu üzrə hərəkət edən qatarda 200 nəfər olub.

Məlumata əsasən, qəzaya səbəb qasırğa nəticəsində relslərin üstünə düşən ağac olub.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ