Fransada Suriya böhranının həllinə dair işçi toplantısı start götürüb.
7news.az xəbər verir ki, Fransa Xarici İşlər naziri Loran Fabius Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlunu, eləcə də Almaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), ABŞ, İordaniya, İtaliya, Qətər və İngiltərə Xarici İşlər nazirlərini qəbul edib.
Toplantıda bölgədəki qeyri-sabit vəziyyət, insan haqları ilə bağlı durumun müzakirə olunacağı gözlənilir.
7news.az








